Dövlət rüsumunun ödənilməsindən azadolmalar

Dövlət rüsumunun ödənilməsindən azadolmalar

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 17.2.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasına gələn aşağıdakı kateqoriya əcnəbi və vətəndaşlığı olmayan şəxslərə viza verilməsinə görə dövlət rüsumu tutulmur:

- Dövlət nümayəndə heyəti üzvləri və rəsmi şəxslər;
- Azərbaycan Respublikasında beynəlxalq humanitar təşkilatları təmsil edənlər;
- Dövlət xətti ilə təhsil alan və pedaqoji fəaliyyət göstərənlər;
- Müdafiə xətti ilə səfər edənlər.

Aşağıdakı ölkələrin vətəndaşlarına müvafiq qaydada rüsumsuz viza rəsmiləşdirilir.

  1. Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əldə olunmuş razılığa əsasən, Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik Türkiyə vətəndaşlarına:

- Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında rüsumsuz;
- Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında 10 ABŞ dolları məbləğində. 

  1. Yaponiyanın ümumvətəndaş (adi) pasportuna malik vətəndaşlarına - 30 gün müddətinə rüsumsuz viza rəsmiləşdirilir.
  2. Pakistan İslam Respublikasının ümumvətəndaş (adi) pasportuna malik vətəndaşlarına 15 gün müddətinə rüsumsuz viza rəsmiləşdirilir.

Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sədələşdirilməsi haqqında” Sazişin 6-cı maddəsinə əsasən, viza ərizələrinə baxılması üçün rüsumlar aşağıdakı bəndlərə uyğun tətbiq edilir:

  1. Viza ərizələrinə baxılması üçün rüsumun məbləği 35 avrodur. Yuxarxda qeyd olunan məbləğə 14(4) maddəsində müəyyən edilmiş prosedura uyğun olaraq yenidən baxıla bilər.
  2.  3-cü bəndə xələl gətirmədən, aşağıdakı kateqoriyalardan olan şəxslər viza ərizəsinə baxılması üçün rüsumdan azad edilirlər:
  1.  Azərbaycan Respublikasının ərazisində qanuni yaşayan Avropa İttifaqı vətəndaşlarının və ya Üzv Dövlətlərdə qanuni yaşayan Azərbaycan Respublikası vətəndaşlarının və ya vətəndaşı olduğu Üzv Dövlətin ərazisində yaşayan Avropa İttifaqı vətəndaşlarının və ya Azərbaycan Respublikasının ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşlarının yaxın qohumları - ər və ya arvad, uşaqlar (övladlığa götürülənlər də daxil olmaqla), valideynlər (qəyyumlar da daxil olmaqla), babalar, nənələr və nəvələr;
  2.  Uzv Dövlətlər, Avropa Ittifaqı və ya Azərbaycan Respublikasına ünvanlanmış rəsmi dəvətnaməyə əsasən rəsmi görüşlərdə, məsləhətləşmələrdə, danışıqlarda və ya mübadilə proqramlarında, eləcə də hökumətlərarası təşkilatlar terəfindən Azərbaycan Respublikasının və ya Uzv Dövlətlərdən birinin ərazisində təşkil edilən tədbirlərdə iştirak edəcək rəsmi nümayəndə heyətlərinin üzvləri, о cümlədən daimi üzvləri;
  3.  mübadilə proqramları da daxil olmaqla, təhsil və ya təlim kursları, eləcə də məktəblə bağlı digər fəaliyyət məqsədləri ilə seyahət edən şagirdlər, tələbələr, doktorantlar və müşayiət edən müəllimlər;
  4. fəaliyyət qabiliyyəti olmayan şəxslər və zəruri hallarda, onları müşayiət edən şəxslər;
  5. beynəlxalq idman tədbirlərinin iştirakçıları və onları peşəkar səviyyədə müşayiət edən şəxslər;
  6.  universitet və digər mübadilə proqramları da daxil olmaqla elmi, mədəni və incəsənət tədbirlərində iştirak edən şəxslər;
  7.  təcili tibbi müalicə almaq, yaxud qohumunun dəfn mərasimində iştirak etmək və ya ciddi xəstə olan yaxın qohumunu ziyarət etmək daxil olmaqla, humanitar əsasda səyahətlərinin zəruriliyini sübut edən sənədləri təqdim edən şəxslər və belə şəxsləri müşayiət edənlər;
  8.  mübadilə proqramları da daxil olmaqla təhsil kursları, semmarlar, konfranslar məqsədi ilə səyahət edən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri;
  9.  təqaüdçülər;

    (j) 12 yaşınadək olan uşaqlar;

    (k) jumalistlər və onları peşəkar səviyyədə müşayiet edən texniki heyət.

    3. Üzv Dövlət və ya Azərbaycan Respublikası vizaınn rəsmiləşdirilməsi üçün kənar xidmət təchizatçısı ilə əməkdaşlıq etdiyi halda, kənar xidmət təchizatçısı xidmətlər üçün rüsum ala bilər. Bu rüsum kənar xidmət təchizatçısı tərəfindən öz işlərinin icrası zamanı üzləşdiyi xərclərə mütənasib olmalı və 30 avrodan artıq olmamalıdır. Üzv Dövlətlər və Azərbaycan Respublikası ərizəçilərə öz ərizələrini birbaşa onların konsulluqlarına təqdim etmək imkanını  saxlamalıdır.

    İttifaq üçün, kənar xidmət təchizatçısı öz əməliyyatların Viza Məcəlləsirıə uyğun və Azərbaycan Respublikasının qanunvericiliyinə tam riayət etməklə həyata keçirir.

    Azərbaycan Respublikası üçün, kənar xidmət təchizatçısı öz əməliyyatlarını Azərbaycarı Respublikasınınvə Üzv Dövlətlərin qanunvericiliyinə uyğun olaraq həyata keçirir.
  10. Dövlət rüsumu

    Viza rəsmiləşdirilməsi üçün tələb olunan Dövlət rüsumunun dərəcələri və ödənilmə qaydaları

    - “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6  və 16.1.7-ci maddələrinə əsasən, Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən vizaların rəsmiləşdirilməsi üçün aşağıdakı məbləğdə dövlət rüsumu alınır:

    birdəfəlik giriş vizası üçün - 20 ABŞ dolları

    çoxdəfəlik giriş vizası üçün - 350 ABŞ dolları

    tranzit vizaları üçün - 20 ABŞ dolları

    Ölkələrin siyahısı (link)

    Diqqət! Azərbaycan Respublikasına qrup halında gələn əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin hər birindən vizanın rəsmiləşdirilməsinə görə ayrı-ayrılıqda dövlət rüsumu tutulur.

    Ödənilmə ünvanı

    Xarici ölkələrdə - Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən təqdim edilən müvafiq hesab nömrəsi. 

    Aşağıdakı ünvanlarda viza rəsmiləşdirilərkən dövlət rüsumu nəğd ödənilir:

    1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Heydər Əliyev Beynəlxalq Hava Limanındakı viza şöbəsində;
    2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Gəncə Beynəlxalq Hava Limanındakı viza şöbəsində;
    3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin Naxçıvan Beynəlxalq Hava Limanındakı viza şöbəsində.
    4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Qəbələ Beynəlxalq Hava Limanındakı viza şöbəsində;
    5. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Lənkəran Beynəlxalq Hava Limanındakı viza şöbəsində;
    6. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Zaqatala Beynəlxalq Hava Limanındakı viza şöbəsində;

    Diqqət!  Viza verilməsindən imtina edildikdə şəxs tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmır!

    Qeyd: “Dövlət  rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə rüsumlar haqqında bu Qanunla və ona müvafiq olaraq qəbul edilmiş normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilməlidir.

    - “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.5-ci maddəsinə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında viza rəsmiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən dəvət məktubunun və müvafiq göstərişin göndərilməsi üçün – 4 manat məbləğində dövlət rüsumu alınır: 

    Qeyd: bütün növ konsulluq və viza əməliyyatları üçün tələb olunan dövlət rüsumu  Azərbaycan Respublikasının Ankaradakı Səfirliyinin rəsmi bank hesabına ödənildikdən sonra həyata keçirilir. Bank məlumatları aşağıdakı kimidir:

     

    İş Bankası                                                                   İş Bankası            

    Or-an Şübesi                                                            Or-an Şübesi

    (Japon Vakfı yanı)                                          (Japon Vakfı yanı)

    Hesab No: 4197 0002515                          Hesab No: 4197 0002529

    USD hesabı                                                     EURO hesabı