Tərcümeyi-hal

             Xəzər İbrahim

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri 

 5 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin olunmuşdur.

 Səfir Xəzər İbrahim 2011-2017-ci illərdə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsində çalışmışdır.

 2009-2011-ci illərdə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirinin müavini vəzifəsində çalışmışdır.

 2007-2009-cu illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmışdır.

 2005-2006-cı illərdə Xarici İşlər Nazirliyinin Siyasi-Hərbi Şöbəsində çalışmışdır.

 2002-2005-ci illərdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində olmuşdur.

 1998-2002-ci illərdə Xarici İşlər Nazirliyində Beynəlxalq Təşkilatlar və Təhlükəsizlik Məsələləri üzrə idarələrdə ikitərəfli siyasi-hərbi əlaqələr, NATO ilə iş, silahların idarə edilməsi, silahsızlanma və çoxtərəfli təhlükəsizlik məsələləri üzrə məsul vəzifələrdə çalışmışdır.

 Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi (fərqlənmə ilə) və Georgetown Universitetində Təhlükəsizlik məsələləri üzrə magistr dərəcəsi (fərqlənmə ilə) almışdır. 2000-2001-ci illərdə Romada NATO Müdafiə Kollecində yüksək səviyyəli kursda iştirak etmişdir.

 Bakıda Xəzər Universitetində "Azərbaycanın xarici siyasəti" və "Sovet sonrası Azərbaycan siyasəti" mövzusunda seminar keçmişdir.

 Evlidir, bir oğlu və üç qızı var.