2017-11-17
Azərbaycanın "Doing Business 2018" hesabatında 8 pillə irəliyərək 57-ci mövqəyə yüksəlməsi ilə bağlı

Dünyada biznes mühitinin qiymətləndirilməsi sahəsində ənənəvi olaraq dərc olunan hesabatlarda Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar daim diqqət mərkəzində saxlanılır.Belə hesabatlardan biri də Dünya Bankı tərəfindən hazırlanan və biznes mühitinin əlverişliyi üzrə qiymətləndirilməni özündə əks etdirən "Doing Business" hesabatıdır.

Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar paketininin reallaşdırılmasının nəticəsi olaraq ölkəmiz 190 ölkənin biznes mühitini qiymətləndirilən növbəti "Doing Business 2018" hesabatında 8 pillə irəliləyərək 57-ci mövqəyə yüksəlmiş, ötən il ərzində davam etdirilən uğurlu islahatların nəticəsi olaraq, 6 göstərici üzrə mövqeyini yaxşılaşdırılmışdır.

Belı ki, oktyabrın 31-də açıqlanmış, "Doing Business 2018" hesabatında Azərbaycan "Kiçik investorların maraqların qorunması" göstericisi üzrə 1 pillə irəliyərək 21-ci pilləyə, "Vergilərin ödənişi" göstəricisi üzrə 5 pillə irəliləyərək 35-ci pilləyə, "Müqavilələrin icrasının təmin edilməsi" göstəricisi üzrə 6 pillə irəliləyərək 38-ci pilləyə, "Müəssisənin bağlanması" göstəricisi üzrə 39 pillə irəliyərək 47-ci pilləyə, "Elektrik təhcizatı şəbəkələrinə qoşulma" göstəricisi üzrə 3 pillə irəliləyərək 102-ci pilləyə yüksəlmişdir.

Hesabatda bir sıra göstəricilər üzrə biznes mühitinin yaxşılaşdırılması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi sahəsində ölkəmizdə aparılan islahatlar xüsusi qeyd edilmiş, Azərbaycan Avropa və Mərkəzi Asiyada 4 və daha çox islahat aparan 3 ölkədən biri kimui qiymətləndirilmişdir. Həmin qiymətləndirilmədə "Kiçik investorların maraqlarının qorunması" göstəricisi üzrə 25 aprel 2017-ci il tarixində Azərbaycan Respublikasının Mülki Məcəlləsinə edilmiş dəyişikliklər, "Kreditin əldə edilməsi" göstəricisi üzrə "Kredit büroları haqqında" Azərbaycan Respublikasının 28 oktyabr 2016-cı il tarixli Qanunun qəbul edilməsi, "Müqavilələrin bağlanması" göstəricisi üzrə məhkəmə ödənişlərinin "Hökümət Ödəniş Portalı" vasitəsilə elektron qaydada həyata keçirilməsinin tətbiqi, "Müflisləşmənin həlli" göstəricisi üzrə "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununa edilmiş 25 aprel 2017-ci il tarixli dəyişikliklər "Doing Business 2018" hesabatında Azərbaycanın həyata keçirdiyi islahatlar kimi xüsusi qeyd olunmuşdur.

Hesabatda Azərbaycan "Kiçik investorların maraqlarının qorunması" (10), "Biznesə başlama" (18), Əmlakın qeydiyyatı" (21), Vergilərin ödənilməsi" (38), "Müəssisənin bağlanması" (47) göstəriciləri üzrə reytinqdə ilk 50 ölkənin sırasına daxil edilmişdir.

növbəti xəbər əvvəlki xəbər