2018-03-31
Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə sahəsində Anlaşma Memorandumu imzalanıb

Martın 31-də Giresun şəhərində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli və Gürcüstanın müdafiə naziri Levan İzoriya arasında görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdən sonra Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Danışıqlardan sonra keçirilən mətbuat konfransında müdafiə nazirləri müzakirə olunan məsələlər və görüşün yekunları barədə kütləvi informasiya vasitələrinə məlumat veriblər.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov media nümayəndələrinə açıqlamasında bu formatda növbəti görüşün Azərbaycanda keçiriləcəyini bildirərək, həmkarlarını ölkəmizə dəvət edib.

 

https://azertag.az/xeber/1148721

növbəti xəbər əvvəlki xəbər