2020-03-06
Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında
  • AZƏRBAYCAN RESPUBLİKASININ
    NAZİRLƏR KABİNETİ
    Q Ə R A R
    Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən
    aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair
    tədbirlər haqqında
    Yeni koronavirus (2019-nCoV) xəstəliyinin dünyada geniş
    yayılması ilə əlaqədar olaraq ölkə ərazisindən müxtəlif yollarla
    bəzi tibbi ləvazimat preparatların (steril əlcək, baxil,
    qoruyucu kombinezon, tibbi maska eynəklər,
    dezinfeksiyaedici maddə avadanlıqlar, xüsusi geyimlər
    zəruri olan digər tibbi ləvazimat preparatlar) kütləvi şəkildə
    aparılması halları aşkar edilmişdir.
    Azərbaycan Respublikası Konstitusiyasının 119-cu
    maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan
    Respublikası Gömrük Məcəlləsinin sdiq edilməsi haqqında”
    Azərbaycan Respublikası Qanununun tətbiqi barədə
    Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr
    tarixli 499 nömrəli Fərmanının 28.5-ci bəndinə əsasən
    Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
    1. Yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə
    olunan bəzi tibbi ləvazimat preparatların (steril əlcək, baxil,
    tibbi maska eynəklər, dezinfeksiyaedici maddə
    avadanlıqlar, xüsusi geyimlər zəruri olan digər tibbi
    ləvazimat preparatlar) Azərbaycan Respublikasının
    ərazisindən aparılması məhdudlaşdırılsın.
    2. Azərbaycan Respublikasının Səhiy Nazirliyi,
    Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
    Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu
    Qərardan irəli gələn məsələləri həll etsinlər.
    3. Bu Qərar 2020-ci il mayın 1-dək qüvvədədir.
    Əli Əsədov
    Azərbaycan Respublikasının Baş Naziri
    Bakı şəhəri, 14 fevral 2020-ci il
    42
növbəti xəbər əvvəlki xəbər