2020-03-20
Türkiyədə təhsil alan tələbələrimizin diqqətinə!

Bir çox tələbəmiz tərəfindən Türkiyədə yaşadıqları yataqxanalardan çıxarıldıqları və yaşayış yeri ilə təmin olunmadıqları iddia edilməkdədir. Bu iddialara əsaslanaraq Türkiyə Respublikası rəsmiləri ilə görüşülmüş və məsələnin belə olmadığı məlum olmuşdur. TR rəsmiləri tərəfindən verilən məlumata görə Türkiyədəki mövcud vəziyyətlə əlaqədar olaraq yataqxanalardan çıxarılan tələbələr  başqa yataqxanalarda qalacaq yerlə təmin olunmaqdadırlar. Yataqxanalardan çıxarıldıqları və qalacaq yerlə təmin olunmadıqlarını iddia edən tələbələrimizdən bu barədə təcili olaraq Təhsil Müşavirliyinə məlumat vermələrini xahiş edirik.

Əlaqə nömrəsi: +903124902542

E-mail:

azembassy.turkey@gmail.com

elnurkhalilov@hotmail.com

növbəti xəbər əvvəlki xəbər