“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Ümumi məlumatlar Ümumvətəndaş pasportu Diplomatik pasport Xidməti pasport Notariat hərəkətləri Dövlət rüsumu və inzibati cərimə Qayıdış şəhadətnaməsinin verilməsi üçün tələb olunan sənədlər Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (VVADQ) Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar Vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və baxılması Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Azərbaycan Respublikasının vətəndaşlığından çıxma məsələləri Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları ilə bağlı məlumat Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Viza haqqında ümumi məlumat Viza almaq üçün ərizə anket portal Vizanın verilməsi üçün tələb olunan sənədlər Viza rəsmiləşdirilməsi qaydaları Viza rəsmiləşdirilməsi ilə bağlı dövlət rüsumu Viza rəsmiləşdirilməsi ilə bağlı dövlət rüsumunun ödənilməsindən azadolmalar Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət etmək üçün tələb olunan sənədlər Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişi ilə bağlı qadağalar və məhdudiyyətlər Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması ASAN VİZA Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Yüksəkixtisaslı Miqrant Proqramı
Konsulluq xidməti və Viza
Konsulluq xidməti və Viza
Yüksəkixtisaslı Miqrant Proqramı

Sadələşdirilmiş viza proseduru

 

Proqram qalibləri yüksəkixtisaslı miqrant hesab olunduqlarını təsdiq edən elektron sənədi təqdim etməklə Azərbaycan Respublikasının xarici ölkələrdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqları, həmçinin rəsmi elektron viza portalı olan “ASAN Visa” (https://evisa.gov.az) vasitəsilə sadələşdirilmiş qaydada “işgüzar səfər” məqsədli giriş vizası əldə edərək ölkəyə gələ bilərlər. Bundan əlavə elektron sənədi əldə etmiş qaliblərə zəruri hallarda Azərbaycan Respublikasının ərazisində (dövlət sərhədindən buraxılış məntəqələrində) viza rəsmiləşdirilə bilər.

 

İş icazəsi almadan işləmək imkanı

 

Yüksəkixtisaslı miqrant hesab olunduqlarını təsdiq edən elektron sənədi əldə etmiş Proqram qalibləri mütəxəssis olduqları sahə üzrə əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi əldə etmək tələbindən azaddırlar.

Qaliblərin razılıqları əsasında müvafiq məlumatları Azərbaycanda fəaliyyət göstərən işəgötürənlərlə paylaşılacaq və onlar əmək bazarına daha rahat çıxış imkanları əldə edəcəklər. 

 

Uzunmüddətli və güzəştli yaşama icazələri

 

- Yüksəkixtisaslı miqrant hesab olunduqlarını təsdiq edən elektron sənədi əldə etmiş Proqram qalibləri 3 ilədək müddətə və daha qısa icra müddəti ərzində ölkədə müvəqqəti yaşamaq üçün icazə əldə edə bilərlər.

- Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti yaşadıqları müddət ərzində 180 gündə 90 gündən çox ölkədən kənarda olmaları onların icazələrinin ləğvi və ya uzadılmadan imtina üçün əsas olsa da, bu tələb Proqram qaliblərinə münasibətdə tətbiq edilmir və onlar, belə məhdudlaşdırmadan azaddırlar.

Bundan başqa, 2 il fasiləsiz olaraq Azərbaycan Respublikasında müvəqqəti yaşayan yüksəkixtisaslı miqrant daimi yaşama icazəsinin əldə edilməsi üçün müraciət edə bilər. 

- Qaliblər daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciət etdikdə özlərinin və onlarla gələn ailə üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaiti olması barədə sənəd tələb edilmir.

- Əlavə olaraq, daimi yaşama icazəsinin verilməsi üçün onların Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyi yoxlanılmır.

 

Ailə üzvləri üçün güzəştlər

 

Yüksəkixtisaslı miqrant hesab olunduğunu təsdiq edən elektron sənədi əldə etmiş Proqram qalibinin ailə üzvləri onunla birlikdə ölkədə daha qısa icra müddəti ərzində müvəqqəti və daimi yaşama icazələri əldə edə bilərlər. Ailə üzvlərinə şəxsin həyat yoldaşı, 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladları və himayəsində olan valideynləri daxildir.

Bundan başqa, proqram qalibinin həyat yoldaşı və 23 yaşınadək övladları daha qısa icra müddəti ərzində güzəştli qaydada iş icazəsi ala bilərlər. Belə ki, müvafiq iş yerlərinə Azərbaycan Respublikası vətəndaşlarının iddia etməsindən asılı olmayaraq, əmək miqrasiyası kvotası nəzərə alınmadan proqram qalibinin həyat yoldaşına və 23 yaşınadək övladlarına belə məhdudiyyətlər tətbiq edilmir və onlar standart prosedurlardan daha sürətli şəkildə iş icazəsi əldə edə bilirlər.



Konsulluq xidməti və Viza
Ümumi məlumatlar Ümumvətəndaş pasportu Diplomatik pasport Xidməti pasport Notariat hərəkətləri Dövlət rüsumu və inzibati cərimə Qayıdış şəhadətnaməsinin verilməsi üçün tələb olunan sənədlər Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (VVADQ) Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar Vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və baxılması Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Azərbaycan Respublikasının vətəndaşlığından çıxma məsələləri Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları ilə bağlı məlumat Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Viza haqqında ümumi məlumat Viza almaq üçün ərizə anket portal Vizanın verilməsi üçün tələb olunan sənədlər Viza rəsmiləşdirilməsi qaydaları Viza rəsmiləşdirilməsi ilə bağlı dövlət rüsumu Viza rəsmiləşdirilməsi ilə bağlı dövlət rüsumunun ödənilməsindən azadolmalar Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət etmək üçün tələb olunan sənədlər Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişi ilə bağlı qadağalar və məhdudiyyətlər Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması ASAN VİZA Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Yüksəkixtisaslı Miqrant Proqramı
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti