11-12 sentyabr tarixlərində Türkiyədə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti bir sıra görüşlər keçirib
Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin üzvləri ilə görüşmüşdür. Daha sonra Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsini ziyarət edərək, bu qurumun rəhbəri Abdullah Erenlə görüş keçirilmişdir.