news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 iyun 2020

Strateji Düşüncə İnstitutu düşüncə mərkəzinin təşəbbüsü və Azərbaycan Respublikasının Ankaradakı Səfirliyinin dəstəyi ilə “Pandemiya sonrası dövrdə beynəlxalq sistem” adlı diplomatik nahar həyata keçirilmişdir

Proqramda Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla yanaşı Türkiyəyə akkreditə olunmuş altmışdan çox ölkənin səfiri, diplomatlar, rektorlar, elm insanları, media nümayəndələri iştirak etmişlər. Proqram SDE sədri Muhammet Savaş Kafkasyalı, Səfir Xəzər İbrahim və TBMM sədri Mustafa Şentopun açılış çıxışları ilə başlamışdır.

“Diplomatik panel” adlı ikinci hissədə pandemiya ilə mübarizə çərçivəsində beynəlxalq sistemdə gözlənilən dəyişikliklər formatında Səfir Xəzər İbrahim, Əlcəzair səfiri Mourad Adjabi, Brazilya səfiri Carlos Ricardo Martins Ceglia, Cibuti səfiri Houssein Abdillahi, Litva səfiri Peteris-Karlis Elferts, Hindistan səfiri Sanjay Panda, İsrail müvəqqəti işlər vəkili Roey Gilad, Pakistan səfiri Muhammed Syrus Sajjad Qazi, Paraqvay səfiri Ceferino Adrian Valdez Peralta, Rusiya səfiri Aleksei Yerkhov, Tanzaniya səfiri Elizabeth Francis Kiango Kiondo, “Şimali Kipr Türk Respubliaksı” səfiri Kemal Köprülü, Böyük Britaniya səfiri Dominick Chilcott, Çad səfiri Adoun Guet və Çin Xalq Respublikası səfiri Li Deng çıxış etmişlər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti