Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi məqalə müsabiqəsi elan edir
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi (TADİV) “Azərbaycan-Türkiyə münasibətləri” adlı mükafatlı məqalə müsabiqəsi elan edir. Məqalələr Azərbaycan-Türkiyə münasibətlərinin fərqli aspektlərini (siyasi, iqtisadi, mədəni və s.) əhatə etməlidir. Müsabiqənin qalibi 5000 TL, ikinci yer 3000 TL və üçüncü yer 2000 TL məbləğində mükafatlandırılacaq.
Müsabiqədə iştirak etmək üçün kriteriyalar aşağıdakı kimidir:
- Məqalə göndərən tələbələr Türkiyədəki universitetlərin magistratura və ya doktorantura səviyyələrində təhsil almalıdır.
- Məqalə başlığının altında ad, soyad, universitet, fakültə və təhsilin səviyyəsi ilə bağlı qısa məlumat verilməlidir (bu formada – (ad, soyad, universitet, fakültə, magistratura/doktorantura).
Məqalə müsabiqəsinin texniki formatı aşağıdakı kimidir:
- Məqalələr Azərbaycan dilində və ya Türkiyə türkcəsində yazılmalı və ankara@mission.mfa.gov.azünvanına göndərilməlidir.
- E-mail göndərilərkən mövzu yerinə “Azərbaycan-Türkiyə münasibətləri məqalə müsabiqəsi” ifadəsi yazılmalıdır.
- Məqalələr 2500-3000 söz aralığında olmalıdır.
- Məqalələrdə xülasə və açar sözlərə ehtiyac yoxdur, amma istifadə olunmuş mənbələr yazının sonunda göstərilməlidir.
Məqalələrin son qəbul tarixi 15 dekabr 2020-ci ildir.