news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 mart 2019

Ankarada “Buta Bakı” Azərbaycan Tanıtım Evində ölkəmizin Türkiyədəki səfirliyi ilə Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi İctimai Birliyinin birgə təşkilatçılığı əsasında Türkiyədə təhsil alan azərbaycanlı gənclər üçün Novruz şənliyi təşkil olunub

Tədbirdə azərbaycanlı gənclərlə yanaşı “Xocalıya Ədalət” kampaniyasında fəal iştirak edən bir qrup əcnəbi tələbə də qatılıb. 

Səfir Xəzər İbrahim, Ankaradakı diplomatik nümayəndəliyimizin təhsil üzrə müşaviri Nəcibə Nəsibova və AGAH sədri Təbriz Cəfərov çıxışları dinlənilib.

Çıxışlarda Azərbaycan təhsil siyasətinin istiqamətləri, bu sahədə həyata keçirilən dövlət proqramlarının əhəmiyyəti, əldə olunan uğurlardan danışılıb. Vurğulanıb ki, cəmiyyətimizin aparıcı qüvvəsi olan tələbələr həm yüksək bilik almalı, həm də Azərbaycanla bağlı işlərdə fəallıq göstərməlidirlər.

Tədbir Novruzla bağlı bədii proqramla davam edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti