Səfirin tərcümeyi-halı

Tərcümeyi-hal

Rəşad Məmmədov

Rəşad Eynəddin oğlu Məmmədov 31 oktyabr 1973 ildə Gəncə şəhərində anadan olub.

Təhsili 

1990-1995  Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.

2002-2004  G.Plexanov adına Rusiya Dövlət İqtisad Akademiyasının magistraturasını bitirib

2017-2020  Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin doktoranturasını bitirib

Əmək fəaliyyəti

1990-1992   Ədliyyə Nazirliyinin Aparatında Kargüzar olaraq çalışıb.

1992-1994   Həqiqi hərbi xidmətdə olub. Azərbaycan Respublikası Birinci Qarabağ müharibəsi veteranıdır. Goranboy ikinci ərazi botalyonunda və Müdafiə Nazirliyinin Murov istiqamətində döyüş şəraitində olan N saylı hərbi hissəsində döyüş yolu keçib.

1995-1996  Bakı Hərbi Prokurorluğunda Mühafizə bölməsinin rəisi olub

1996-2000  Bakı Hərbi Prokurorunun köməkçisi

2000-2001  Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi MDB idarəsində attaşe

2001-2006  Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində üçüncü katib, ikinci katib

2006-2008  Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində Konsulluq Hüquq məsələləri şöbəsinin müdiri

2008-2010 Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunda Baş Konsulun vəzifəsini icra edib

2010  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilmişdir

2010-2015   Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau Şəhərindəki Baş Konsulu olmuşdur

2015-2021   Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri

 

2017  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Fövqəladə və Səlahiyyətli Səfir diplomatik rütbəsi verilmişdir

2021  Azərbaycan Respublikasının Türkiyə Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri

Xarici dillər

İngilis, rus və türk dillərini bilir.

  •  


Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti