Xaricdə yaşayan Azərbaycan Respublikasının vətəndaşları və xarici vətəndaşlar Azərbaycan Respublikasının xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri (konsulluq şöbələri) vasitəsilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin baş arxiv idarəsinə müraciət etmək və müəyyən sənədləri sorğu etmək hüququna malikdirlər. Burada aşağıdakı qaydalarla müraciət olunur:
Ərizəçi Azərbaycan Respublikasının konsuluna müraciət edir və hər bir tələb olunan sənəd üçün iki ərizə forması doldurur, və uyğun olaraq konsulluq rüsumunu ödəyir.
Bu sorğu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin baş arxiv idarəyə göndərilir. Axtarış tamamlandıqdan sonra, baş arxiv idarəsi tələb olunan sənədi ərizəçinin təqdim etdiyi konsulluq şöbəsinə çatdırılması üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə göndərir.