“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Ümumi məlumatlar Ümumvətəndaş pasportu Diplomatik pasport Xidməti pasport Notariat hərəkətləri Dövlət rüsumu və inzibati cərimə Qayıdış şəhadətnaməsinin verilməsi üçün tələb olunan sənədlər Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (VVADQ) Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar Vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və baxılması Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Azərbaycan Respublikasının vətəndaşlığından çıxma məsələləri Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları ilə bağlı məlumat Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Viza haqqında ümumi məlumat Viza almaq üçün ərizə anket portal Vizanın verilməsi üçün tələb olunan sənədlər Viza rəsmiləşdirilməsi qaydaları Viza rəsmiləşdirilməsi ilə bağlı dövlət rüsumu Viza rəsmiləşdirilməsi ilə bağlı dövlət rüsumunun ödənilməsindən azadolmalar Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət etmək üçün tələb olunan sənədlər Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişi ilə bağlı qadağalar və məhdudiyyətlər Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması ASAN VİZA Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Yüksəkixtisaslı Miqrant Proqramı
Konsulluq xidməti və Viza
Konsulluq xidməti və Viza
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərar əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti olma hüququ verən rəsmi sənəddir.

Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər pasportlarını və ya digər sərhədkeçmə sənədlərini və müvəqqəti olma müddətinin uzadılması haqqında qərarı təqdim edərək, dövlət sərhədinin buraxılış məntəqələrindən keçməklə, ölkəni tərk edə bilərlər.

Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti onların və ya qanuni nümayəndələrinin müraciəti əsasında 60 günədək uzadıla bilər.

18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti valideyninin və ya digər qanuni nümayəndəsinin müraciəti əsasında uzadılır.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin bitməsinə azı 3 iş günü qalmış (tranzit keçidi zamanı məcburi dayanma halları istisna olmaqla) müvəqqəti olma müddətinin uzadılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək tələb olunan sənədləri təqdim etməlidirlər.

Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılmasına dair əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciəti ilə əlaqədar 3 iş günü ərzində müvafiq qərar qəbul edilir.

Müvəqqəti olma müddətinin uzadılmasından imtina edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma müddətləri bitənədək ölkə ərazisini tərk etməlidirlər. Müvəqqəti olma müddətinin uzadılması barədə müraciətə baxılanadək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti bitdiyi halda, onlar imtina barədə qərarı aldıqları vaxtdan 48 saat ərzində ölkə ərazisini tərk etməlidirlər.

Azərbaycan Respublikası Prezidentinin “Miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” 4 mart 2009-cu il tarixli 69 nömrəli Fərmanına uyğun olaraq, 2009-cu il 01 iyul tarixindən etibarən ölkəmizdə miqrasiya proseslərinin idarə olunmasında «bir pəncərə» prinsipi tətbiq edilir. Bu prinsip üzrə vahid dövlət orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (www.migration.gov.az) həyata keçirir.

Belə ki, Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətinin uzadılması; əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi və belə icazə almış şəxslərin Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyata alınması və s. bu kimi tədbirlər Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir.

Aşağıda göstərilən kateqoriya aid şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması onlara Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən yeni viza verilməklə həyata keçirilir:

- xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin diplomatik xidmət heyətinə daxil olan əməkdaşları və onların ailə üzvləri;

- xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri;

- Azərbaycan Respublikasına diplomatik missiya və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.

QeydAzərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.



Konsulluq xidməti və Viza
Ümumi məlumatlar Ümumvətəndaş pasportu Diplomatik pasport Xidməti pasport Notariat hərəkətləri Dövlət rüsumu və inzibati cərimə Qayıdış şəhadətnaməsinin verilməsi üçün tələb olunan sənədlər Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (VVADQ) Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar Vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və baxılması Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Azərbaycan Respublikasının vətəndaşlığından çıxma məsələləri Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları ilə bağlı məlumat Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Viza haqqında ümumi məlumat Viza almaq üçün ərizə anket portal Vizanın verilməsi üçün tələb olunan sənədlər Viza rəsmiləşdirilməsi qaydaları Viza rəsmiləşdirilməsi ilə bağlı dövlət rüsumu Viza rəsmiləşdirilməsi ilə bağlı dövlət rüsumunun ödənilməsindən azadolmalar Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət etmək üçün tələb olunan sənədlər Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişi ilə bağlı qadağalar və məhdudiyyətlər Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması ASAN VİZA Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Yüksəkixtisaslı Miqrant Proqramı
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti