news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 sentyabr 2019

30.09.2019-cu il tarixində Azərbaycan Respublikasının Türkiyədəki təhsil müşaviri Nəcibə Nəsibova və Azərbaycanlı Həkimlər Dərnəyinin sədri Ferit Kasımzade Ankara Şəhər Xəstəxanasının Koordinator Baş Həkimi Əziz Əhməd Surəllə görüşmüşlər.

Görüş zamanı Ə.Ə. Surələ 7-8 dekabr 2019-cu il tarixlərində Ankara Şəhər Xəstəxanasında təşkil olunması nəzərdə tutulan “Nümunəvi Həkim Olmağa Doğru-6” Azərbaycanlı gənc həkimlərin və tibb sahəsində təhsil alan tələbələrin Türkiyə Forumu haqqında məlumat verilmiş və fikir mübadiləsi aparılmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti