news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 dekabr 2023

7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Prezident seçkilərinə dair

Türkiyə Respublikasında daimi və ya müvəqqəti yaşayan, çalışan və təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə
7 fevral 2024-cü il tarixində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri keçiriləcəkdir.
18 yaşını tamamlamış, aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşlarının səsvermə hüququndan istifadə etməsi üçün seçici siyahısına daxil edilməsi məqsədilə aşağıdakı məlumatların Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin consul_ankara@mission.mfa.gov.az elektron poçt ünvanına 29 dekabr 2023-cü il tarixinə qədər təqdim edilməsi xahiş olunur:
1. Soyad, ad, ata adı;
2. Doğum tarixi;
3. Ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi;
4. Türkiyə Respublikasında daimi və ya müvəqqəti yaşadığı ünvan;
5. Əlaqə məlumatları (telefon, e-mail).
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti