“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Ümumi məlumatlar Ümumvətəndaş pasportu Diplomatik pasport Xidməti pasport Notariat hərəkətləri Dövlət rüsumu və inzibati cərimə Qayıdış şəhadətnaməsinin verilməsi üçün tələb olunan sənədlər Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (VVADQ) Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar Vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və baxılması Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Azərbaycan Respublikasının vətəndaşlığından çıxma məsələləri Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları ilə bağlı məlumat Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Viza haqqında ümumi məlumat Viza almaq üçün ərizə anket portal Vizanın verilməsi üçün tələb olunan sənədlər Viza rəsmiləşdirilməsi qaydaları Viza rəsmiləşdirilməsi ilə bağlı dövlət rüsumu Viza rəsmiləşdirilməsi ilə bağlı dövlət rüsumunun ödənilməsindən azadolmalar Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət etmək üçün tələb olunan sənədlər Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişi ilə bağlı qadağalar və məhdudiyyətlər Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması ASAN VİZA Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Yüksəkixtisaslı Miqrant Proqramı
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 14 iyun 2020

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin məlumatı. AZAL İstanbula iki xüsusi reys yerinə yetirəcək.

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) 17 və 18 iyun tarixlərində Bakı-İstanbul-Bakı istiqamətində xüsusi reyslər yerinə yetirəcək.
Hər bir istiqamətdə reysə 150 sərnişin qəbul ediləcək.
Bakı-İstanbul-Bakı istiqamətində reyslərə aviabilet satışı aviaşirkətin www.azal.az saytında 15 iyun tarixində açılacaq.
Bakı-İstanbul reysinə  həm Azərbaycan, həm də Türkiyə vətəndaşları (və ya bu ölkədə yaşayış hüququ olan şəxslər) aviabilet əldə edə bilər. Türkiyəyə səfər edən Azərbaycan Respublikası vətəndaşları Türkiyə ərazisinə daxil olma qaydaları ilə tanış olmaq və müvafiq icazələrin alınması üçün  Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinə müraciət etməlidirlər.  
İstanbul-Bakı reysinə isə yalnız Azərbaycan vətəndaşları buraxılacaq.
Yeni qaydalara əsasən, uçuşlara yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus (COVID-19) testini keçən və neqativ nəticə alan sərnişinlər buraxılacaq. 
Bakı-İstanbul reyslərinə 1-ci Terminalda xidmət göstəriləcək.
İstanbuldan uçuş zamanı qeydiyyat masasında İstanbulun "Memorial Sağlık Grubu" klinikası tərəfindən təqdim edilən və reysin uçuşundan ən gec 48 saat əvvəl alınan COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir. Bu halda COVİD-19 neqativ müayinə arayışı ilə İstanbul-Bakı reysi ilə səfər edən Azərbaycan vətəndaşları karantində saxlanmaq tələbindən azad olunurlar.  Lakin  COVID-19 simptomları müəyyən olunan sərnişinlər təkrar tibbi müayinəyə cəlb oluna bilərlər.  Qeyd etməliyik ki, bu klinika Türkiyə Səhiyyə Nazirliyi tərəfindən koronavirusa dair testdən keçmək üçün tövsiyə edilmişdir. Bir daha xatırladırıq ki, İstanbul-Bakı reysinə qeydiyyata yalnız Azərbaycan vətəndaşları buraxılacaq.
Daha əvvəl məlumat verildiyi kimi, COVID-19 pandemiyası dövründə yerinə yetirilən reyslərdə həm uçuş və çıxış hava limanlarında, həm də hava gəmilərində xüsusi qaydalar tətbiq ediləcək. "Azərbaycan Hava Yolları" tərəfindən hazırlanmış videotəlimata burada baxa bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M.
AZAL sərnişinləri Operativ Qərargahın, habelə Ümumdünya Səhiyyə Təşkilatının  COVID-19 ilə mübarizə üzrə bütün tələb və tövsiyələrinə riayət etməyə çağırır.
Aviaşirkətin və hava limanının əməkdaşları, öz növbələrində, uçuşun maksimum rahat və təhlükəsiz keçməsi üçün onlardan asılı olan bütün tədbirləri görəcəklər və sərnişinlərə yalniz qəti zərurət olduqda təyyarə ilə səyahət etməyi tövsiyə edirlər. 
Paylaş

Konsulluq xidməti və Viza
Ümumi məlumatlar Ümumvətəndaş pasportu Diplomatik pasport Xidməti pasport Notariat hərəkətləri Dövlət rüsumu və inzibati cərimə Qayıdış şəhadətnaməsinin verilməsi üçün tələb olunan sənədlər Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (VVADQ) Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar Vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və baxılması Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Azərbaycan Respublikasının vətəndaşlığından çıxma məsələləri Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları ilə bağlı məlumat Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Viza haqqında ümumi məlumat Viza almaq üçün ərizə anket portal Vizanın verilməsi üçün tələb olunan sənədlər Viza rəsmiləşdirilməsi qaydaları Viza rəsmiləşdirilməsi ilə bağlı dövlət rüsumu Viza rəsmiləşdirilməsi ilə bağlı dövlət rüsumunun ödənilməsindən azadolmalar Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət etmək üçün tələb olunan sənədlər Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişi ilə bağlı qadağalar və məhdudiyyətlər Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması ASAN VİZA Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Yüksəkixtisaslı Miqrant Proqramı
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti