“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Ümumi məlumatlar Ümumvətəndaş pasportu Diplomatik pasport Xidməti pasport Notariat hərəkətləri Dövlət rüsumu və inzibati cərimə Qayıdış şəhadətnaməsinin verilməsi üçün tələb olunan sənədlər Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (VVADQ) Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar Vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və baxılması Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Azərbaycan Respublikasının vətəndaşlığından çıxma məsələləri Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları ilə bağlı məlumat Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Viza haqqında ümumi məlumat Viza almaq üçün ərizə anket portal Vizanın verilməsi üçün tələb olunan sənədlər Viza rəsmiləşdirilməsi qaydaları Viza rəsmiləşdirilməsi ilə bağlı dövlət rüsumu Viza rəsmiləşdirilməsi ilə bağlı dövlət rüsumunun ödənilməsindən azadolmalar Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət etmək üçün tələb olunan sənədlər Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişi ilə bağlı qadağalar və məhdudiyyətlər Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması ASAN VİZA Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Yüksəkixtisaslı Miqrant Proqramı
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 mart 2020

Nazirlər Kabineti yanında Operativ Qərargahın Məlumatı

Qlobal xarakter daşıyan koronovirus pandemiyası ilə əlaqədar beynəlxalq uçuşların əksəriyyəti dayandırılmış, dövlətlərarası sərhədlərbağlanmış, ölkələr xüsusi karantin və fövqəladə vəziyyət rejiminə keçmişlər.

Nəticə etibarilə, dünya boyunca yüz minlərlə sərnişin müxtəlif ölkələrdə qalmalı olmuşdur.

Bir çox dövlətlərin hava və quru məkanını bağlaması uçuşlar üçün icazələrin alınmasını çətinləşdirmişdir.

Dünyanın əksər ölkələri, o cümlədən Qərbi Avropa dövlətlərinin təcrübəsində dövlət tərəfindən ezamiyyətə göndərilməyən, xəbərdarlığa baxmayaraq şəxsi əsasda səfər edən və digər ölkədə yaşamağa və ya təhsil almağa qərar verən vətəndaşların ölkəyə geri qayıtması fərdi məsuliyyət hesab olunur və şəxsi vəsait hesabına həyata keçirilir.

Azərbaycan Respublikası tərəfindən öz vətəndaşlarına qayğı prinsipindən çıxış edilərək İran, İtaliya, Türkiyə, Macarıstan, Belarus, Rusiya və başqa ölkələrdə olan 10.000-nə yaxın Azərbaycan vətəndaşının dövlət hesabına AZAL-ın xüsusi çarter reysləri və başqa nəqliyyat vasitələri ilə ölkəyə gətirilməsi təmin olunmuşdur.

COVİD-19 virusunun yayılmasının qarşısını almaq üçün ölkəyə gətirilən vətəndaşlar tibbi müayinədən keçirilir və dövlət hesabına 14-21 günlük xüsusi karantin rejimində yerləşdirilirlər.

Bütün bu tədbirlərə baxmayaraq, hal-hazırda Azərbaycanda 61 aktiv koronavirus xəstəsi vardır. Bu günə qədər COVİD-19 virusuna yoluxma halları sırasında xarici ölkələrdən gələn vətəndaşlar üstünlük təşkil edir. Artıq Azərbaycan ərazisində ölkə daxilində də yayılma halları aşkarlanmışdır.

Xarici ölkələrdə olan çoxsaylı məsuliyyətli vətəndaşlarımız tərəfindən qlobal xarakter daşıyan bu çətin şəraitdə nümayiş etdirilən təmkin, anlaşıqlıq və dövlətə göstərilən dəstək ən yüksək təqdirə layiqdir.

Onlar tərəfindən dövlət tərəfindən görülən işlərə, o cümlədən özlərini yoluxma riskinə qoyaraq peşə borclarını layiqincə yerinə yetirən tibb işçiləri, pilotlar, təyyarə bələdçiləri, diplomatlar, polislər və digər dövlət qulluqçularının əməyinə verilən yüksək qiymət qürur hissi doğuran haldır.

Amma bununla belə, azsaylı bəzi şəxslərin, ehtiyacı olmadığı halda, təxliyədən sui-istifadə etmələri, təxliyə üçün təyyarə göndərilən zaman geri qayıtmaqdan imtina etmələri və sonradan təxliyə olunmaq üçün “xüsusi” təyyarə göndərilməsi iddiası ilə çıxış etmələri, xarici ölkələrdə COVİD-19 virusuna yoluxmuş şəxslərlə təmasları gizlətmələri, bu barədə yanlış məlumat vermələri və dövlət qurumlarının öz qanuni fəaliyyətini həyata keçirməsinə maneə olmaq və dövlətin gördüyü işlərə qarayaxma cəhdləri kimi təəssüf doğuran və məsuliyyətsiz hallar da vardır.

Azyaşlı uşaqları olan ailələrə, yaşlılara, tibbi yardıma ehtiyacı olan şəxslərə, qadınlara üstünlük verilməklə məhdud çərçivədə və zəruri hallarda vətəndaşların müəyyən olunmuş qrafik çərçivəsində 14-21 gün müddətinə karantinə yerləşdirilməklə digər ölkələrdən Azərbaycana gətirilməsi təmin olunacaqdır.

Koronavirusun ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində vətəndaşların geri qaytarılması zamanı Azərbaycanda karantin üçün ayrılmış məntəqələrin insanları qəbuletmə imkanları əsas götürülür.

COVİD-19 virusunun yüksək yoluxdurma xüsusiyyətini nəzərə alaraq, xarici ölkələrdə olan vətəndaşların fərdi məsuliyyət nümayiş etdirərək olduqları dövlətin karantin və ya fövqəladə vəziyyət rejiminə ciddi riayət etmələri, özü-özünü təcrid etmələri, səfərlərdən çəkinmələri və mümkün qədər az insanla təmasda olmaları ciddi şəkildə tövsiyə olunur.

Paylaş

Konsulluq xidməti və Viza
Ümumi məlumatlar Ümumvətəndaş pasportu Diplomatik pasport Xidməti pasport Notariat hərəkətləri Dövlət rüsumu və inzibati cərimə Qayıdış şəhadətnaməsinin verilməsi üçün tələb olunan sənədlər Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (VVADQ) Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar Vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və baxılması Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Azərbaycan Respublikasının vətəndaşlığından çıxma məsələləri Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları ilə bağlı məlumat Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Viza haqqında ümumi məlumat Viza almaq üçün ərizə anket portal Vizanın verilməsi üçün tələb olunan sənədlər Viza rəsmiləşdirilməsi qaydaları Viza rəsmiləşdirilməsi ilə bağlı dövlət rüsumu Viza rəsmiləşdirilməsi ilə bağlı dövlət rüsumunun ödənilməsindən azadolmalar Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət etmək üçün tələb olunan sənədlər Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişi ilə bağlı qadağalar və məhdudiyyətlər Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması ASAN VİZA Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Yüksəkixtisaslı Miqrant Proqramı
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti