Qara Dəniz Texniki Universitetində "Qarabağ Zəfərindən Sonra Türkiyə Azərbaycan Münasibətləri" mövzusunda konfrans keçirilib.
Trabzonda yerləşən Qara Dəniz Texniki Universitetində Səfirliyimizin, Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun və QTÜ-nün birgə təşkilatçılığı ilə “Qarabağ Zəfərindən Sonra Azərbaycan-Türkiyə münasibətləri” mövzusunda konfrans keçirilib.
Konfransda çıxış edən səfir Rəşad Məmmədov Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyəsinə və Qarabağ zəfərindən sonra strateji müttəfiqliyə çevrilməsinə toxunub.