Türkiyənin Bursa şəhərində “Qarabağ Azərbaycandır, Zəfərin ardından” adlı sərgi açılıb
Bursanın Osmanqazi Bələdiyyəsinin təşkilatçılığı ilə “15 iyul-demokratiya meydanı”nda açılan sərgidə Azərbaycanın Vətən müharibəsi dövründə çəkilən və özündə qələbə sevincini əks etdirən 22 şəkil nümayiş etdirilir. Tədbirin açılışında Osmanqazi Bələdiyyəsinin sədri Mustafa Dündar iştirak edib.
Sərgi bir həftə davam edəcək.