“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Ümumi məlumatlar Ümumvətəndaş pasportu Diplomatik pasport Xidməti pasport Notariat hərəkətləri Dövlət rüsumu və inzibati cərimə Qayıdış şəhadətnaməsinin verilməsi üçün tələb olunan sənədlər Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (VVADQ) Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar Vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və baxılması Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Azərbaycan Respublikasının vətəndaşlığından çıxma məsələləri Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları ilə bağlı məlumat Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Viza haqqında ümumi məlumat Viza almaq üçün ərizə anket portal Vizanın verilməsi üçün tələb olunan sənədlər Viza rəsmiləşdirilməsi qaydaları Viza rəsmiləşdirilməsi ilə bağlı dövlət rüsumu Viza rəsmiləşdirilməsi ilə bağlı dövlət rüsumunun ödənilməsindən azadolmalar Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət etmək üçün tələb olunan sənədlər Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişi ilə bağlı qadağalar və məhdudiyyətlər Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması ASAN VİZA Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Yüksəkixtisaslı Miqrant Proqramı
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 may 2026

Ankarada Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə təntənəli tədbir keçirilib

28 May – Müstəqillik Günü və 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə 15 may 2026-cı il tarixində Ankarada Prezident Kompleksindəki Milli Konqres Mərkəzində təntənəli tədbir keçirilib.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlunun əsas qonaq qismində qatıldığı tədbirdə rəsmi qurumların, parlamentin və qardaş ölkənin Silahlı Qüvvələrinin nümayəndələri, xarici ölkələrin səfirləri, diplomatlar, kursantlar, diaspor fəalları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, elm və mədəniyyət xadimləri və media təmsilciləri iştirak ediblər.

Səfir Rəşad Məmmədov tədbirdə çıxış edərək Müstəqillik Günü və Silahlı Qüvvələr Gününün Azərbaycan xalqının tarixində xüsusi yer tutduğunu, bu əlamətdar günlərin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, milli birlik və həmrəyliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Azərbaycan-Türkiyə münasibətlərinə toxunan səfir, iki ölkə arasındakı əlaqələrin adi bir dostluq münasibəti olmadığı, bu əlaqələrin ortaq tarix və yaddaş, acı və zəfərlər üzərində formalaşmış sarsılmaz qardaşlıq bağlarına əsaslandığını bildirib. Çanaqqalada çiyin-çiyinə şəhid olanların və Bakının azadlığı uğrunda Anadoludan Qafqaza doğru yola çıxan qəhrəmanların irsinin bu gün də yaşadıldığını ifadə edərək, “Bir millət, iki dövlət” fəlsəfəsinin mənəvi bağlarla yanaşı, siyasi, iqtisadi və strateji əməkdaşlıq sayəsində daha da möhkəmləndiyini diqqətə çatdırıb. Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyin regional sabitlik və əməkdaşlığa mühüm töhfələr verdiyini vurğulayıb, “Güclü Azərbaycan güclü Türkiyə, güclü Türkiyə isə güclü Azərbaycandır” fikirlərini səsləndirib. Azərbaycan və Türkiyə ilə yanaşı, bütün Türk dünyasının daha güclü gələcəyə qovuşmasının ortaq məqsəd olduğunu bildirən səfir, iki qardaş ölkənin Türk dünyasının birliyinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini qətiyyətlə davam etdirdiyini diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” fikrini xatırladaraq, Türk dünyası arasında həmrəyliyin strateji əhəmiyyət daşıdığını vurğulayıb. İkinci Qarabağ müharibəsi dövründə Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyin qardaşlıq münasibətlərinin ən bariz təzahürlərindən biri olduğunu qeyd edən R.Məmmədov, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin etmiş güclü dövlət kimi öz inkişaf yolunu uğurla davam etdirdiyini diqqətə çatdırıb.

Rəsmi qonaq qismində iştirak edən Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu tədbirdə çıxış edərək Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin ortaq tarix, mədəniyyət və qardaşlıq bağları əsasında gündən-günə daha da möhkəmləndiyini bildirib. Türkiyə və Azərbaycan arasında əməkdaşlığın nəqliyyat, energetika, ticarət və müdafiə sənayesi başda olmaqla bir çox sahədə daha da inkişaf etdiyini qeyd edən nazir, iki ölkə liderləri tərəfindən müəyyən edilmiş 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə nail olunacağına inandığını ifadə edib. Orta Dəhliz və TRIPP kimi layihələrin regional rifahın, sabitliyin və iqtisadi inteqrasiyanın gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıdığını qeyd edib. Türkiyə və Azərbaycanın beynəlxalq platformalarda ortaq mövqedən çıxış etdiyini dilə gətirən Ə.Uraloğlu, Türk Dövlətləri Təşkilatı başda olmaqla çoxtərəfli platformalarda nümayiş etdirilən həmrəyliyin ortaq gələcəyin mühüm təminatlarından biri olduğunu vurğulayıb. Nazir bölgədə aparılan sülh və normallaşma proseslərinin geniş coğrafiyada sabitlik və rifaha töhfə verəcəyini bildirərək, Türkiyə və Azərbaycanın bu prosesin aparıcı aktorları olmağa davam edəcəyini qeyd edib.

Tədbir “Natiq” ritm qrupunun konsert proqramı ilə davam edib.

Tədbir çərçivəsində, həmçinin Azərbaycanın nailiyyətlərinə, eləcə də Azərbaycan ilə Türkiyə arasında əməkdaşlıq mövzusuna dair fotosərgi təşkil olunub.

Paylaş

Konsulluq xidməti və Viza
Ümumi məlumatlar Ümumvətəndaş pasportu Diplomatik pasport Xidməti pasport Notariat hərəkətləri Dövlət rüsumu və inzibati cərimə Qayıdış şəhadətnaməsinin verilməsi üçün tələb olunan sənədlər Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (VVADQ) Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar Vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və baxılması Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Azərbaycan Respublikasının vətəndaşlığından çıxma məsələləri Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları ilə bağlı məlumat Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Viza haqqında ümumi məlumat Viza almaq üçün ərizə anket portal Vizanın verilməsi üçün tələb olunan sənədlər Viza rəsmiləşdirilməsi qaydaları Viza rəsmiləşdirilməsi ilə bağlı dövlət rüsumu Viza rəsmiləşdirilməsi ilə bağlı dövlət rüsumunun ödənilməsindən azadolmalar Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət etmək üçün tələb olunan sənədlər Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişi ilə bağlı qadağalar və məhdudiyyətlər Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması ASAN VİZA Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Yüksəkixtisaslı Miqrant Proqramı
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti