“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Ümumi məlumatlar Ümumvətəndaş pasportu Diplomatik pasport Xidməti pasport Notariat hərəkətləri Dövlət rüsumu və inzibati cərimə Qayıdış şəhadətnaməsinin verilməsi üçün tələb olunan sənədlər Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (VVADQ) Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar Vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və baxılması Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Azərbaycan Respublikasının vətəndaşlığından çıxma məsələləri Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları ilə bağlı məlumat Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Viza haqqında ümumi məlumat Viza almaq üçün ərizə anket portal Vizanın verilməsi üçün tələb olunan sənədlər Viza rəsmiləşdirilməsi qaydaları Viza rəsmiləşdirilməsi ilə bağlı dövlət rüsumu Viza rəsmiləşdirilməsi ilə bağlı dövlət rüsumunun ödənilməsindən azadolmalar Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət etmək üçün tələb olunan sənədlər Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişi ilə bağlı qadağalar və məhdudiyyətlər Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması ASAN VİZA Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Yüksəkixtisaslı Miqrant Proqramı
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 dekabr 2025

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

Dekabrın 23-də Milli Məclisin sədri Sahibə Qafarova  Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqla növbəti dəfə görüşməkdən məmnunluğunu bildirən Milli Məclisin sədri Bakıda keçirilmiş Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasının əhəmiyyətindən danışıb. İki ölkə arasındakı münasibətlərin Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını özündə ehtiva etdiyini deyən Milli Məclisin sədri bu gün iqtisadi, ticarət, təhsil, turizm, parlamentlərarası və digər sahələrdə əlaqələrimizin günbəgün daha da gücləndiyini qeyd edib. Söhbət zamanı dövlət başçıları arasındakı şəxsi münasibətlərin və sıx təmasların müttəfiqlik münasibətlərinin ardıcıl inkişafını təmin edən əsas amil olduğu vurğulanıb. Spiker Sahibə Qafarova Türkiyənin COP31-in ev sahibi seçilməsi münasibətilə təbriklərini çatdırıb və Azərbaycanın həmişə qardaş ölkənin yanında olduğunu deyib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə mövcud olan ənənəvi sıx əməkdaşlıqdan və qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub, Türk Dövlətləri Təşkilatının (TDT) Türk dünyasının birliyi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.

Söhbətdə parlamentlərarası əlaqələrin dövlətlərarası münasibətlərin mühüm bir hissəsi kimi əhəmiyyəti qeyd edilib, bu sahədə parlamentlərimizdə fəaliyyət göstərən qarşılıqlı dostluq qruplarının fəaliyyəti vurğulanıb. Milli Məclisin sədri Azərbaycan və Türkiyə parlamentləri arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığın uğurlu inkişafından məmnunluğunu ifadə edib.

Yenidən Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Türkiyənin COP31-in ev sahibi seçilməsi üçün Azərbaycanın səylərinə görə təşəkkürünü bildirib və bu mühüm beynəlxalq tədbirin keçirilməsi üçün Türkiyənin Azərbaycanın təcrübəsindən istifadə edəcəyini diqqətə çatdırıb.

Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari, investisiya, enerji və digər sahələrdə birgə reallaşdırdıqları meqalayihələrin böyük regional və qlobal əhəmiyyət daşıdığı qeyd olunub. Bu baxımdan Orta Dəhlizin əsas xəttinə çevriləcək Zəngəzur dəhlizinin strateji əhəmiyyət kəsb etdiyi bildirilib.

Söhbət zamanı Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafının TDT-ni daha da gücləndirdiyi qeyd olunub. Bildirilib ki, bununla yanaşı, TürkPA da türkdilli ölkələrin parlament platforması kimi mühüm əhəmiyyət daşıyır.

Görüşdə Türkiyənin Vitse-prezidenti dünən  Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında təsdiqlənmiş Fəaliyyət Planının qarşılıqlı əlaqələrimizi daha da inkişaf etdirəcəyini diqqətə çatdırıb.

Söhbət zamanı Cevdet Yılmaz Azərbaycanla Ermənistan arasında sülh prosesində əldə olunan nailiyyətlərə də toxunaraq, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının bölgədə sülh və sabitliyi təmin edəcəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

Paylaş

Konsulluq xidməti və Viza
Ümumi məlumatlar Ümumvətəndaş pasportu Diplomatik pasport Xidməti pasport Notariat hərəkətləri Dövlət rüsumu və inzibati cərimə Qayıdış şəhadətnaməsinin verilməsi üçün tələb olunan sənədlər Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (VVADQ) Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar Vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və baxılması Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Azərbaycan Respublikasının vətəndaşlığından çıxma məsələləri Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları ilə bağlı məlumat Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Viza haqqında ümumi məlumat Viza almaq üçün ərizə anket portal Vizanın verilməsi üçün tələb olunan sənədlər Viza rəsmiləşdirilməsi qaydaları Viza rəsmiləşdirilməsi ilə bağlı dövlət rüsumu Viza rəsmiləşdirilməsi ilə bağlı dövlət rüsumunun ödənilməsindən azadolmalar Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət etmək üçün tələb olunan sənədlər Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişi ilə bağlı qadağalar və məhdudiyyətlər Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması ASAN VİZA Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Yüksəkixtisaslı Miqrant Proqramı
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti