Qanunvericiliklə müəyyən olunmuş məsuliyyət və məhdudiyyətlər

Pasport verilməsi haqqında ərizəyə/vəsatətə baxılmasında süründürməçiliyə yol verilməsindən və ya ərizəyə/vəsatətə baxılmaqda imtina edilməsindən Azərbaycan Respublikasının vətəndaşları inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının pasportunun verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün qanunla nəzərdə tutulmayan əlavə sənədlərin tələb edilməsinə və ya onun verilməsində (dəyişdirilməsində) süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə görə səksən beş manatdan doxsan manatadək miqdarda cərimə edilir. 

Azərbaycan Respublikasının vətəndaşının ümumvətəndaş pasportu yararsız hala düşdükdə və ya etibarlılıq müddəti bitdikdə, və ya belə pasport sahibi olan Azərbaycan Respublikası vətəndaşı vəfat etdikdə ümumvətəndaş pasportu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə 331-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları ümumvətəndaş pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə xarici ölkə ərazisində Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən müvafiq məbləğdə inzibati cərimə edilməklə məsuliyyətə cəlb edilə bilərlər.

Arxiv üzrə axtarış