Dövlət rüsumu

Viza rəsmiləşdirilməsi üçün tələb olunan Dövlət rüsumunun dərəcələri və ödənilmə qaydaları

- “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6  və 16.1.7-ci maddələrinə əsasən, Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən vizaların rəsmiləşdirilməsi üçün aşağıdakı məbləğdə dövlət rüsumu alınır:

birdəfəlik giriş vizası üçün - 20 ABŞ dolları

çoxdəfəlik giriş vizası üçün - 350 ABŞ dolları

tranzit vizaları üçün - 20 ABŞ dolları

Ölkələrin siyahısı (link)

Diqqət! Azərbaycan Respublikasına qrup halında gələn əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin hər birindən vizanın rəsmiləşdirilməsinə görə ayrı-ayrılıqda dövlət rüsumu tutulur.

Ödənilmə ünvanı

Xarici ölkələrdə - Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən təqdim edilən müvafiq hesab nömrəsi. 

Aşağıdakı ünvanlarda viza rəsmiləşdirilərkən dövlət rüsumu nəğd ödənilir:

  1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Heydər Əliyev Beynəlxalq Hava Limanındakı viza şöbəsində;
  2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Gəncə Beynəlxalq Hava Limanındakı viza şöbəsində;
  3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin Naxçıvan Beynəlxalq Hava Limanındakı viza şöbəsində.
  4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Qəbələ Beynəlxalq Hava Limanındakı viza şöbəsində;
  5. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Lənkəran Beynəlxalq Hava Limanındakı viza şöbəsində;
  6. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Zaqatala Beynəlxalq Hava Limanındakı viza şöbəsində;

Diqqət!  Viza verilməsindən imtina edildikdə şəxs tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmır!

Qeyd: “Dövlət  rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə rüsumlar haqqında bu Qanunla və ona müvafiq olaraq qəbul edilmiş normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilməlidir.

- “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.5-ci maddəsinə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında viza rəsmiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən dəvət məktubunun və müvafiq göstərişin göndərilməsi üçün – 4 manat məbləğində dövlət rüsumu alınır: 

Qeyd: bütün növ konsulluq və viza əməliyyatları üçün tələb olunan dövlət rüsumu  Azərbaycan Respublikasının Ankaradakı Səfirliyinin rəsmi bank hesabına ödənildikdən sonra həyata keçirilir.

 

Arxiv üzrə axtarış