Qarşılıqlı səfərlər

Azərbaycan Respublikasından Türkiyə Respublikasına son üç il ərzində həyata keçirilmiş ali və yüksək səviyyəli səfərlər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev

15 Mart 2016-cı ildə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclasında iştirak məqsədilə Ankara şəhərində işgüzar səfərdə olmuşdur.

13-15 aprel 2016-cı ildə İslam İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak məqsədilə İstanbulda işgüzar səfərdə olmuşdur.

22-24 may 2016-cı ildə Ümumdünya Humanitar Sammitində iştirak məqsədilə İstanbulda işgüzar səfərdə olmuşdur.

9-10 oktyabr 2016-cı ildə 23-cü Dünya Enerji Konqresində iştirak məqsədilə İstanbulda işgüzar səfərdə olmuşdur.

10 iyul 2017-ci ildə 22-ci Dünya Neft Konqresində iştirak məqsədilə İstanbul şəhərində işgüzar səfərdə olmuşdur.

20 oktyabr 2017-ci ildə İnkişaf etməkdə olan D-8 Qrupunun IX Zirvə görüşündə iştirak məqsədilə İstanbul şəhərində işgüzar səfərdə olmuşdur.

13 dekabr 2017-ci ildə İslam Əməkdaşlıq Təşkilatının fövqəladə Zirvə görüşündə iştirak məqsədilə İstanbul şəhərində işgüzar səfərdə olmuşdur.

24-25 aprel 2018-ci ildə “Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası”nın VII iclasında iştirak məqsədilə Ankarada rəsmi səfərdə olmuşdur.

12 iyun 2018-ci ildə TANAP-ın açılış mərasimində iştirak məqsədilə Eskişəhərdə işgüzar səfərdə olmuşdur.

19 oktyabr 2018-ci ildə STAR zavodunun açılış mərasimində iştirak məqsədilə İzmir şəhərində işgüzar səfərdə olmuşdur.

Azərbaycan Respublikasının Baş naziri cənab Novruz Məmmədov

9 iyul 2018-ci ildə Türkiyə Prezidenti R.T.Ərdoğanın andiçmə mərasimində iştirak məqsədilə Ankarada işgüzar səfərdə olmuşdur.

Azərbaycan Respublikasının Milli Məclisinin Sədri cənab Oqtay Əsədov:

10-11 mart 2016-cı ildə Ankarada rəsmi səfərdə olmuşdur.

26 avqust 2016-cı ildə “Yavuz Sultan Səlim Körpüsü”nün açılışında iştirak məqsədilə İstanbulda işgüzar səfərdə olmuşdur.

4 dekabr 2016-cı ildə Türkiyə Respublikasının 11-ci Prezidenti cənab A.Gülün adını daşıyan muzeyin açılışında iştirak məqsədilə Kayseri şəhərində işgüzar səfərdə olmuşdur.

22 may 2017-ci ildə QDİƏT-in yaranmasının 25-ci ildönümünə həsr edilmiş Zirvə Toplantısında iştirak məqsədilə İstanbul şəhərində işgüzar səfərdə olmuşdur.

29 oktyabr 2018-ci ildə İstanbul Hava Limanının açılış mərasimində iştirak məqsədilə İstanbul şəhərində işgüzar səfərdə olmuşdur.

19-21 noyabr 2018-ci ildə TÜRKPA-nın 8-ci plenar iclası və 10 illik yubileyinə həsr olunmuş konfransda iştirak məqsədilə İstanbul şəhərində işgüzar səfərdə olmuşdur.

 

Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarov:

12-13 aprel 2016-cı ildə Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 13-cü Sammitinə hazırlıq iclasında iştirak məqsədilə İstanbul şəhərində işgüzar səfərdə olmuşdur.

21-22 fevral 2017-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) çərçivəsində “Xocalı soyqırımı, bəşəriyyət əleyhinə cinayətlər və terrorizm” adlı beynəlxalq konfransda iştirak məqsədilə Ankara şəhərində işgüzar səfərdə olmuşdur.

29-30 oktyabr 2018-ci ildə Azərbaycan, Türkiyə, Gürcüstan və Azərbaycan, Türkiyə, İran xarici işlər nazirlərinin üçtərəfli görüşlərində iştirak məqsədilə İstanbulda işgüzar səfərdə olmuşdur.

 

 

Türkiyə Respublikasından Azərbaycan Respublikasına həyata keçirilmiş ali və yüksək səviyyəli səfərlər

Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan:

25-26 aprel 2016-cı ildə BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak məqsədilə Bakı şəhərində işgüzar səfərdə olmuşdur.

30-31 oktyabr 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılış mərasimi və “Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası”nın VI iclasında iştirak məqsədilə Bakıda işgüzar səfərdə olmuşdur.

10 iyul 2018-ci ildə Türkiyə Respublikasında seçkilərdən sonra ilk rəsmi səfərini həyata keçirmək məqsədilə Bakıda rəsmi səfərdə olmuşdur.

15 sentyabr 2018-ci ildə Bakının Daşnak-Bolşevik qüvvələrindən azad edilməsinin 100 illiyi əlaqədar bayram tədbirində iştirak məqsədilə Bakıda işgüzar səıfərdə olmuşdur.

Türkiyə Respublikasının Baş naziri cənab Binəli Yıldırım:

3 iyun 2016-cı ildə Bakıda rəsmi səfərdə olmuşdur.

20 dekabr 2017-ci ildə Naxçıvan Muxtar Respublikasıda işgüzar səfərdə olmuşdur.

15-16 mart 2018-ci ildə VI Qlobal Bakı Forumunda iştirak məqsədilə Bakıda işgüzar səfərdə olmuşdur.

 

Türkiyə Respublikasının Böyük Millət Məclisinin Sədri cənab İsmayıl Kahraman:

 

21-23 dekabr 2016-cı ildə TÜRKPA Katibliyinin binasının açılışında iştirak məqsədilə Bakıda işgüzar səfərdə olmuşdur.

Türkiyə Respublikasının Böyük Millət Məclisinin Sədri cənab Binali Yıldırım:

28 avqust 2018-ci ildə Bakıda rəsmi səfərdə olmuşdur.

20 sentyabr 2018-ci ildə Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə keçirilmiş təntənəli iclasda iştirak məqsədilə Bakıda işgüzar səfərdə olmuşdur.

 

Türkiyə Respublikasının Böyük Millət Məclisinin Sədri cənab Mustafa Şentop:

6 mart 2019-cu ildə rəsmi səfərdə olmuşdur.

Türkiyə Respublikasının Xarici İşlər Naziri cənab Mövlud Çavuşoğlu:

17-18 fevral 2016-cı ildə işgüzar səfərdə olmuşdur.

14-15 iyul 2016-cı ildə işgüzar səfərdə olmuşdur.

2-3 dekabr 2016-cı ildə işgüzar səfərdə olmuşdur.

19 iyul 2017-ci ildə Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak məqsədilə Bakıda işgüzar səfərdə olmuşdur.

5-6 sentyabr 2017-ci ildə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak məqsədilə Bakıda işgüzar səfərdə olmuşdur.

29-30 noyabr 2017-ci ildə Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak məqsədilə Bakıda işgüzar səfərdə olmuşdur.

19-20 dekabr 2017-ci ildə Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak məqsədilə Bakıda işgüzar səfərdə olmuşdur.

15 mart 2018-ci ildə Azərbaycan, Gürcüstan, İran və Türkiyə xarici işlər nazirlərinin dördtərəfli görüşündə iştirak məqsədilə Bakıda işgüzar səfərdə olmuşdur.

4-5 aprel 2018-ci ildə Qoşulmama Hərəkatının Xarici İşlər Nazirlərinin 18-ci görüşündə iştirak məqsədilə Bakıda işgüzar səfərdə olmuşdur.

24 iyul 2018-ci ildə Bakıda rəsmi səfərdə olmuşdur.

 

Arxiv üzrə axtarış