Tərcümeyi-hal

Rəşad Məmmədov

Tərcümeyi-halı

 

Rəşad Eynəddin oğlu Məmmədov 31 oktyabr 1973 ildə Gəncə şəhərində anadan olub.

Təhsili

1990-1995                 Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.

2002-2004                G. Plexanov adına Rusiya Dövlət İqtisad Akademiyasının magistraturasını bitirib

2017-2020                Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin doktoranturasını bitirib

Əmək fəaliyyəti

1990-1992                 Ədliyyə Nazirliyinin Aparatında Kargüzar olaraq çalışıb.

1992-1994                 Həqiqi hərbi xidmətdə olub. Azərbaycan Respublikası Birinci Qarabağ müharibəsi veteranıdır. Goranboy ikinci ərazi botalyonunda və Müdafiə Nazirliyinin Murov istiqamətində döyüş şəraitində olan N saylı hərbi hissəsində döyüş yolu keçib.

1995-1996                Bakı Hərbi Prokurorluğunda Mühafizə bölməsinin rəisi olub

1996-2000                Bakı Hərbi Prokurorunun köməkçisi

2000-2001                Azərbaycan Respublikası Xariciİşlər Nazirliyi MDB idarəsində attaşe

2001-2006                Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində üçüncü katib, ikinci katib

2006-2008                Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində Konsuluq Hüquqməsələləri şöbəsinin müdiri

2008-2010                Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunda Baş Konsulun vəzifəsini icra edib

2010                         Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Birinci dərəcəli Fövqəladəvə Səlahiyyətli Elçi diplomatik rütbəsi verilmişdir

2010-2015                Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau Şəhərindəki Baş Konsulu olmuşdur

2015-2021                Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri

 

2017                          Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Fövqəladə və Səlahiyyətli Səfir diplomatik rütbəsi verilmişdir

2021                          Azərbaycan Respublikasının Türkiyə Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri

Xarici dillər

İngilis, rus və türk dillərini bilir.

Arxiv üzrə axtarış