Ümumvətəndaş pasportunun itirilməsi və ya qəsdən korlanmasına görə inzibati cərimə
Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə inzibati cərimənin dərəcələri və ödənilmə qaydaları
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə 331-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları ümumvətəndaş pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə xarici ölkə ərazisində Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən müvafiq məbləğdə inzibati cərimə edilməklə məsuliyyətə cəlb edilə bilərlər.