Tərcümeyi-hal

Rəşad Məmmədov

Tərcümeyi-halı

 

Rəşad Eynəddin oğlu Məmmədov 31 oktyabr 1973-cü ildə Gəncə şəhərində anadan olub.

Təhsili

1990-1995                 Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.

2002-2004                G. Plexanov adına Rusiya Dövlət İqtisad Akademiyasının magistraturasını bitirib

2017-2020                Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin doktoranturasını bitirib

Əmək fəaliyyəti

1990-1992                 Ədliyyə Nazirliyinin Aparatında Kargüzar olaraq çalışıb.

1992-1994                 Həqiqi hərbi xidmətdə olub. Azərbaycan Respublikası Birinci Qarabağ müharibəsi veteranıdır. Goranboy ikinci ərazi botalyonunda və Müdafiə Nazirliyinin Murov istiqamətində döyüş şəraitində olan N saylı hərbi hissəsində döyüş yolu keçib.

1995-1996                Bakı Hərbi Prokurorluğunda Mühafizə bölməsinin rəisi olub

1996-2000                Bakı Hərbi Prokurorunun köməkçisi

2000-2001                Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi MDB idarəsində attaşe

2001-2006                Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində üçüncü katib, ikinci katib

2006-2008                Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində Konsulluq Hüquq məsələləri şöbəsinin müdiri

2008-2010                Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunda Baş Konsulun vəzifəsini icra edib

2010                         Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilmişdir

2010-2015                Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau Şəhərindəki Baş Konsulu olmuşdur

2015-2021                Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri

 

2017                          Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Fövqəladə və Səlahiyyətli Səfir diplomatik rütbəsi verilmişdir

2021                          Azərbaycan Respublikasının Türkiyə Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri

 

Elmi dərəcəsi

Hüquq üzrə fəlsəfə doktoru

Xarici dillər

İngilis, rus və türk dillərini bilir.

Dövlət təltifləri və mükafatları

• 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, Azərbaycan Respublikası Prezidentinin Fərmanı (2019)
• 2-ci dərəcəli “Dostık” (Dostluq) ordeni, Qazaxıstan Respublikası Prezidentinin Fərmanı (2021)
• “Qazaxıstanın Müstəqilliyinin 25 illiyi” medalı, Qazaxıstan Respublikası Prezidentinin Fərmanı (2018)
• Qazaxıstan Xalqları Assambleyasının "Birlik" qızıl medalı, Qazaxıstan Respublikasının Birinci Prezidenti, Elbasının fərmanı (2019)
• “Azərbaycan Respublikası Diplomatik Xidmətinin 100 illiyi (1919-2019)” medalı
• “Azərbaycan Respublikası Diplomatik Xidmətinin 90 illiyi (1919-2009)” medalı
• “Qazaxıstan Respublikasının diplomatik xidmət orqanlarının 25 illiyi” medalı (2017)
• “Beynəlxalq əməkdaşlığın inkişafına töhfəyə görə” medalı, Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyi (2018)
• “Türk dövlətlərinin müstəqilliyinin 25 illiyi medalı", TÜRKSOY (2017)
• Qardaş ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə əvəzsiz töhfəyə görə Beynəlxalq Türk Akademiyasının Xüsusi Qızıl medalı (2021)
• X.Dosmuhamedov adına Atırau Dövlət Universitetinin fəxri professoru (2015)

 

Arxiv üzrə axtarış