2020-03-06
Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında
-
AZƏRBAYCAN RESPUBLİKASININNAZİRLƏR KABİNETİQ Ə R A RBəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindənaparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dairtədbirlər haqqındaYeni koronavirus (2019-nCoV) xəstəliyinin dünyada genişyayılması ilə əlaqədar olaraq ölkə ərazisindən müxtəlif yollarlabəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil,qoruyucu kombinezon, tibbi maska və eynəklər,dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər vəzəruri olan digər tibbi ləvazimat və preparatlar) kütləvi şəkildəaparılması halları aşkar edilmişdir.Azərbaycan Respublikası Konstitusiyasının 119-cumaddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “AzərbaycanRespublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında”Azərbaycan Respublikası Qanununun tətbiqi barədə”Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabrtarixli 499 nömrəli Fərmanının 28.5-ci bəndinə əsasənAzərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:1. Yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadəolunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil,tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə vəavadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbiləvazimat və preparatlar) Azərbaycan Respublikasınınərazisindən aparılması məhdudlaşdırılsın.2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi,Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vəAzərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi buQərardan irəli gələn məsələləri həll etsinlər.3. Bu Qərar 2020-ci il mayın 1-dək qüvvədədir.Əli ƏsədovAzərbaycan Respublikasının Baş NaziriBakı şəhəri, 14 fevral 2020-ci il№ 42