2020-04-01

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin məlumatı

Bütün dünyada, o cümlədən Azərbaycanda  yayılmış koronavirus pandemiyası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında vətəndaşlarımızın sağlamlığının təmin olunması üçün zəruri və təxirəsalınmaz tədbirlər görülür.

Türkiyə Respublikasında da koronavirus pandemiyası ilə bağlı həyata keçirilən karantin tədbirləri və hərəkətin məhdudlaşdırılması səbəbindən burada yaşayan bəzi Azərbaycan vətəndaşları, xüsusilə də öz hesabına Türkiyədə təhsil alan tələbələrimizin müəyyən bir qismi məişət və inzibati zəminli müxtəlif problemlərlə üzləşmişdir.

Hazırki vəziyyətin davam etdiyi şəraitdə (iki ölkə arasında hava və quru yolu ilə səfərlər bərpa olunanadək) yaşayış yerindən çıxarılmış və/və ya qida təminatı ilə bağlı ciddi sıxıntı ilə üzləşmiş vətəndaşlarımıza (müfaviq təsdiqedici sənədlər təqdim olunmaq şərti ilə) müvəqqəti dövr ərzində yardım edilməsi imkanları nəzərdən keçirilir. Bunun üçün aidiyyəti vətəndaşlarımızdan aşağıdakı keçid vasitəsilə zəruri məlumatları doldurmaqla müraciət etmələri xahiş olunur.

 

Qeydiyyat formasına keçid: https://tinyurl.com/rlpgpa2

 

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində müraciətlər təhlil olunduqdan sonra yardıma ciddi ehtiyacı olan vətəndaşlarla əlaqə saxlanılacaq və ehtiyacdan asılı olaraq onlar üçün Türkiyə Respublikasında hazırda olduqları ərazidə yaşayış yeri və (və ya) gündəlik qida təminatının təşkil edilməsi imkanlarına baxılacaqdır.

Yuxarıda qeyd olunmuş kateqoriyalara daxil olmayan vətəndaşlarımızın müraciət etməmələri ilə bağlı anlayışlarına görə öncədən təşəkkür edirik.

 

Arxiv üzrə axtarış