2020-07-20

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin məlumatı

Məlum olduğu kimi, dünyada, o cümlədən Türkiyə Respublikasında geniş yayılmış yeni növ koronavirus pandemiyası (COVID-19) ilə bağlı bu ölkədə həyata keçirilən karantin tədbirləri və hərəkətin məhdudlaşdırılması şəraitində iki ölkə arasında səfərlər bərpa edilənədək, ölkə rəhbərliyinin tapşırığına əsasən, Türkiyəyə müvəqqəti gəlmiş və Vətənə dönə bilməyən, bəzi məişət və inzibati zəminli problemlərlə üzləşən Azərbaycan Respublikasının vətəndaşlarına, o cümlədən şəxsi vəsaitləri hesabına Türkiyədə təhsil alan və maddi imkanları məhdud olan tələbələrimizə dəstək göstərilməsi məqsədi ilə cari ilin 1 aprel-20 iyul tarixlərində Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən  Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə yardım kampaniyası həyata keçirilmişdir.

Qeyd olunan kateqoriyalara aid 15 mindən artıq vətəndaşımıza müraciətlərin sayı və ehtiyaclara uyğun olaraq  Miqros mağazalar şəbəkəsi vasitəsilə təqribən 21 min ədəd ərzaq paketi təmənnasız olaraq təqdim edilmişdir. Həmçinin, yuxarıda qeyd edilən kateqoriyalara aid vətəndaşlarımıza 3 mindən artıq mənzildə müvəqqəti yaşayış hüququ verilmişdir.

Hazırda Azərbaycanla Türkiyə arasında hava nəqliyyatı xüsusi uçuşlarla bərpa olunmuşdur.

Arxiv üzrə axtarış