2021-03-01

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin elan etdiyi inşa müsabiqəsinin qalibləri mükafatlandırılmışdır

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) birgə təşkilatçılığı ilə başlatılan Azərbaycan Respublikasının mərhum səfiri Fuad İsmayılovun xatirəsinə həsr edilmiş “Azərbaycan-Türkiyə münasibətləri” mövzusundakı inşa müsabiqəsinin qalibləri 01.03.2021 tarixində Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində mükafatlandırılmışdır.

Müsabiqənin nəticəsinə görə bir nəfər birinci yerə, iki nəfər ikinci yerə və üç nəfər isə üçüncü yerə layiq görülmüşdür.

 Qaliblərə mükafatlar Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri Xəzər İbrahim, Türkiyə Respublikasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü/TADİV sədri Prof. Dr. Aygün Attar,  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sədri Azad Cəfərli, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova və Səfirliyin müşaviri Ruslan Abdullayev tərəfindən təqdim edilmişdir.

Arxiv üzrə axtarış