2021-03-12

Vətəndaşların nəzərinə!

Azərbaycan Respublikası vətəndaşlarının Türkiyə Respublikası ərazisinə sərhəd keçmə sənədi kimi pasportları ilə yanaşı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 saylı sənədinin və onun cari əlavələrinin standartlarına müvafiq olaraq maşınla oxunan və biometrik məlumatları ehtiva edən) ilə səyahət etməsini nəzərdə tutan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol” 01.04.2021-ci il tarixindən etibarən qüvvəyə minəcəkdir.

Arxiv üzrə axtarış