2022-03-19

Qazilər üçün bayram tədbiri təşkil olunmuşdur

      19 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının Türkiyə Respublikası Səfirliyi nəzdində Hərbi Attaşelik Aparatı tərəfindən Sheraton Bursa otelində Türkiyənin Bursa və Kocaeli vilayətlərində bərpa və reabilitasiya kursu keçməkdə olan azərbaycanlı qazilər üçün Novruz bayramı şənliyi təşkil edilmişdir.

        Qazilərin və onların yaxınlarının, diplomatların, yerli hakimiyyət orqanları nümayəndələrinin, Bursada təhsil alan tələbələrin və ictimaiyyət nümayəndələrinin qatıldığı mərasim şəhidlərin əziz xatirəsinə bir dəqiqəlik sükut və hər iki ölkənin dövlət himnləri ilə başlamışdır.

       Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Novruz bayramı münasibətilə təbrik mesajını və Vətən Müharibəsi dövründə könüllü olaraq cəbhəyə gedərək qəhrəman əsgərlərimizin həyatını xilas edən həkimlərə həsr olunmuş videoçarxların nümayişindən sonra Azərbaycanın Türkiyədəki Səfiri Rəşad Məmmədov, Bursa valisinin müavini Halil Serdar Cevheroğlu, Bursa Böyükşəhər Bələdiyyəsi sədrinin müavini Süleyman Çelik, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Vətən müharibəsi iştirakçısı Abdulla Qurbani çıxış etmiş, Vətən üçün canlarını fəda etməyə hazır olan qaziləri bayram münasibətilə təbrik etmiş, onlara xoş arzularını çatdırmışlar.

Otelin foyesində 4günlük Vətən müharibəsinə, şanlı Zəfərə və qazilərin müalicə prosesinə həsr olunmuş fotosərgi açılmışdır.

foto_1  foto_2  foto_3 
 foto_7           

Arxiv üzrə axtarış