2022-03-21

Qazi Universitetində keçirilən Novruz şənliyində Azərbaycan stendi maraqla qarşılanmışdır.

21 mart 2022-ci il tarixində Səfirliyimiz Qazi Universitetində keçirilən Novruz şənliyi tədbirində iştirak etmişdir. Tədbirdə Azərbaycan stendi qurulmuş və iştirakçılara Azərbaycan mətbəxinin ənənəvi Novruz desertləri təqdim olunmuşdur. Azərbaycan stendi iştirakçıların böyük marağına səbəb olmuş, ÖSYM prezidenti professor Halis Aygün və Qazi Universitetinin rektoru professor Musa Yıldız stenddə Novruz adət-ənənəsi olan boyalı yumurta döyüşdürmüşlər.

Türk dövlətlərinin səfirliklərinin iştirak etdiyi bayram tədbirində çıxış edən Azərbaycan səfirliyinin müşaviri Elçin Allahverdiyev Novruzun Azərbaycan və türk dünyası üçün mənası və əhəmiyyətini açıqlamışdır. Tədbirin folklor hissəsində digər türk dövlətləri ilə yanaşı Azərbaycanın milli xalq rəqsləri də nümayiş etdirilmişdir.

 

qazi1    qazi2   qazi3   qazi4

Arxiv üzrə axtarış