2022-03-21

Kalaba Türk Dünyası Meydanında Novruz şənliyi

        25 mart 2022-ci il tarixində Ankaranın Keçiörən rayonunda yerləşən Kalaba Türk Dünyası Meydanında Novruz bayramı ilə əlaqədar təntənəli tədbir keçirilmişdir. Keçiörən Bələdiyyəsinin təşkilatçılığı ilə təşkil olunmuş tədbirdə Mərkəzi Asiya ölkələri, Pakistan, Əfqanistan, Bosniya və Hersoqovina səfirlikləri ilə yanaşı Azərbaycan səfirliyi də iştirak etmişdir. İştirakçılar üçün ayrılmış çadırlarda ölkələrin Novruz bayramı ilə bağlı adət-ənənələri, milli təamları nümayiş etdirilmişdir. Azərbaycan səfirliyinin çadırında səfirlik tərəfindən ölkəmizin müxtəlif bölgələrinin, xüsusilə işğaldan azad olunmuş ərazilərinin təbiətini əks etdirən fotolardan ibarət sərgi təşkil olunmuş, müxtəlif jurnal və broşürlər təqdim edilmişdir. Səfirlik tərəfindən çadırda həmçinin Novruz süfrəsi açılmış, ziyarətçilərə şəkərbura, paxlava, qoğal və digər təamlar təqdim olunmuşdur.   

               Tədbirin rəsmi açılışında Keçiörən bələdiyyəsinin sədri Turqut Altınok, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Ankara Universitetinin rektoru Necdet Ünüvar, Türkiyə Böyük Millət Məclisinin deputatı Yaşar Qaradağ, həmçinin iştirakçı ölkələrin Ankaradakı səfirləri çıxış etmişlər.                                                                                   

       Rəsmi çıxışlardan sonra tədbir konsertlə davam etdirilmişdir. Müxtəlif ölkələrin musiqi kollektivləri və rəqs qrupları ilə yanaşı, Ankarada səfərdə olan Azərbaycan Dövlət Rəqs Ansamblı iştirak etmişdir. Rəqqaslarımızın ifasında milli rəqslərimizin ifası tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanmışdır.                     

 

kechioren2      kechioren1     kechioren4   kechioren3

Arxiv üzrə axtarış