2022-03-31

TÜRKSOY-un toplantısında Şuşa 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı elan edilib.

TÜRKSOY Daimi Şurasının 2022-ci il martın 31-də Bursada keçirilən növbədənkənar iclasında Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhəri 2023-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı elan edilmişdir. Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov TÜRKSOY-un Daimi Şurasının iclasındakı təqdimatında Şuşanın qədim tarixi, zəngin mədəniyyəti, xalqımız üçün əhəmiyyəti və işğaldan azad edildikdən sonra həyata keçirilən layihələr barədə iştirakçılara ətraflı məlumat vermişdir.

Eyni zamanda, mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti 2022-ci il Türk dünyasının mədəniyyət paytaxtı Bursanın açılış mərasimində iştirak etmişdir.

Bursada keçirilən tədbirlərin bədii hissəsində digər türk dövlətlərinin nümayəndələri ilə yanaşı, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifa etdiyi milli rəqslər tamaşaçılar tərəfindən coşqu ilə qarşılanmışdır.

Bursada keçirilən bütün proqramlarda Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov da iştirak etmişdir.

 

 

 

susa    susa1   susa2

Arxiv üzrə axtarış