2022-04-11

Kastamonulu şagirdlər Səfirliyimiz tərəfindən Əsənboğa hava limanından Bakıya yola salınıb

11 aprel 2022-ci il tarixində Kastamonu Kuzeykent ibtidai məktəbinin 21 şagirdi məktəb direktoru və müəllimlərinin müşayiəti ilə Səfirliyimiz tərəfindən Azərbaycana yola salınıb. Səfər zamanı şagirdlər Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən tarixi yerləri ziyarət etmək, mədəniyyətini daha yaxından tanımaq və unikal Azərbaycan mətbəxinin dadına baxmaq imkanı əldə edəcəklər.
Bu mühüm səfər həm də azərbaycanlı və türkiyəli tələbələrin qaynaşması və bilgi mübadiləsi üçün imkan yaradacaq. Azərbaycanı türkiyəli tələbələrə daha yaxından tanıtmaq məqsədi daşıyan bu səfərdə uşaqlar Azərbaycan və Türkiyənin ortaq tarixi və mədəniyyəti ilə də tanış ola biləcəklər.
Türkiyəli şagirdlərin hər gününü fərqli və maraqlı məşğuliyyətlərlə keçirəcəkləri Azərbaycan səfəri aprelin 16-dək davam edəcək.

 

 

 

 

 

kastamonu1   kastamonu2  kastamonu3

Arxiv üzrə axtarış