2022-04-21

Səfir Bilkənd Universiteti tələbələrinin suallarını cavablandırdı

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri cənab Rəşad Məmmədov Türkiyənin nüfuzlu Bilkənd Universitetini ziyarət etmişdir. İlk öncə səfir Universitetin prorektoru cənab Orxan Aytürlə görüşərək söhbət etmiş, ardından Universitetin qurucusu , Azərbaycanın böyük dostu olan İhsan Doğramacının Universitetin həyətində yerləşən heykəli ziyarət olunmuşdur.
Uinversitet tələbələrinin müraciəti əsasında səfirin Bilkənd Universitetində hüquq, beynəxalq münasibətlər və iqtisadiyyat sahələrində təhsil alan tələbələri ilə görüşü təşkil olunmuşdur. Görüş çərçivəsində səfir 44 günlük Vətən müharibəsi və müharibədən sonrakı dövrdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri barədə mühazirə ilə çıxış etmiş, tələbələrin Azərbaycanla bağlı çoxsaylı suallarını cavablandırmışdır.

 

 

 

 

 

 

bilkent1 bilkent2 bilkent3  bilkent4

Arxiv üzrə axtarış