2022-05-25

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik etmişdir

Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.
Təbrikdə Türkiyənin qardaş Azərbaycanın haqlı qürurunu və həyəcanını ürəyində hiss etdiyi bildirilib.
Prezident Ərdoğan “Bir millət, iki dövlət” şüarı əsasında davam etdirdiyimiz mükəmməl əlaqələrimizi Şuşa Bəyannaməsi istiqamətində müttəfiqlik iradəsi ilə gücləndirdiyimizdən məmnun olduğunu bildirmiş, birgə səylərimiz, nümunəvi həmrəyliyimiz və sarsılmaz qardaşlığın keçmişdə olduğu kimi gələcəkdə də bölgəmizin sülh, sabitlik və rifahının ən böyük təminatı olmağa davam edəcəyinə inandığını ifadə etmişdir.

 

 

 

 

 

 

prezident tebriki

 

Arxiv üzrə axtarış