2022-10-20

QƏTƏR DÖVLƏTİNDƏ TƏŞKİL EDİLƏCƏK DÜNYA ÇEMPİONATI İLƏ BAĞLI MƏLUMAT

2022-ci ildə Qətər Dövlətində təşkil ediləcək Futbol üzrə Dünya Çempionatının (2022 FIFA Dünya Kuboku) keçiirldiyi tarixlərdə çempionatla bağlı Qətər Dövlətinə səfəri çərçivəsində Azərbaycan Respublikasına gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2022-ci il noyabrın 20-dən dekabrın 20-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

Viza verilməsi üçün aşağıdakı sənədlərdən biri əsas hesab edilir:

  1. 2022 FIFA dünya kubokunun beynəlxalq təşkilatçıları olan "Q22" şirkətinin və Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd;
  2. Futbol komandaları 2022 FIFA  Dünya Kubokunda iştirak edən ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün oyuna bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Arxiv üzrə axtarış