2023-08-11

74-cü Beynəlxalq Astronavtika Konqresinə dair!

74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il sentybarın 20-dən oktybarın 7-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

Viza verilməsi üçün aşağıdakı sənədlərdən biri əsas hesab edilir:

  1. 74-cü Beynəlxalq Astronavtika Konqresinin beynəlxalq təşkilatçısı olan Beynəlxalq Astronavtika Federasiyasının müvafiq qaydalarına uyğun olaraq elektron qeydiyyat sistemi vasitəsilə qeydiyyatdan keçməni təsdiq edən sənəd;
  2. 74-cü Beynəxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxsin rəsmi dəvət məktubu.

Arxiv üzrə axtarış