2023-12-01

Qara Dəniz Texniki Universitetində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və Türkiyə Cümhuriyyətinin quruluşunun 100-cü ildönümü qeyd olundu

Türkiyənin Trabzon şəhərində yerləşən Qara Dəniz Texniki Universitetində Ümummilli lider Heydər Əliyevin 100 illiyi və Türkiyə Cümhuriyyətinin quruluşunun 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Azərbaycanın Qarsdakı Baş konsulluğunun təşkilatçılığı və Türkiyədəki səfir Rəşad Məmmədovun, Trabzon vilayəti rəsmiləri, ictimaiyyət nümayəndələri və tələbələrin iştirakı ilə təşkil olunan tədbirdə Baş konsul Nuru Quliyev açılış çıxışı edib.
Tədbir Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivinin ifasında möhtəşəm konsert proqramı ilə davam edib, Azərbaycanın sevilən xalq və bəstəkar mahnıları səsləndirilib.

Arxiv üzrə axtarış