2023-11-10

Ege Universitetində “Türkiyə Cümhuriyyətinin 100-cü ili və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü” adlı proqram təşkil edilib.

İzmirdə yerləşən Ege Universitetində Səfirliyin iştirakı ilə “Türkiyə Cümhuriyyətinin 100-cü ili və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü” adlı proqram təşkil edilib.
Ege Universitetinin rektoru professor Necdet Budak, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru dosent Gəray Muradov, Azərbaycan Respublikasının Türkiyədəki səfiri Rəşad Məmmədov proqramda açılış nitqi ilə çıxış edərək, Azərbaycan və Türkiyənin cümhuriyyətin ilk illərində üzləşdiyi çətinliklər, tarixən mövcud olan və inkişaf etməkdə olan qardaşlıq münasibətləri, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinə verdiyi önəm və  töhfələr barədə məlumat veriblər.
Ege Universiteti ədəbiyyat fakültəsinin dekanı professor Həsəh Mərt Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü, Azərbaycan Dövlət İqtisad Universitetinin mühəndislik fakültəsinin dekanı Elçin Səmədov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı təqdimat ediblər.
Proqramın sonunda Azərbaycan və Türkiyədən sevilən musiqi əsərlərinin səsləndirildiyi “Xəzərdən Egeyə” adlı konsert proqramı baş tutub.

Arxiv üzrə axtarış