2023-11-07

Səfir Rəşad Məmmədov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Kayseri Erciyes Universitetində təşkil edilən “Heydər Əliyevin bir millət, iki dövlət baxışı və Qafqazda yeni əməkdaşlığa doğru” adlı konfransda iştirak edib. 

Səfir Rəşad Məmmədov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Kayseri Erciyes Universiteti və Azərbaycan Dillər Universitetinin birgə təşkil etdiyi “Heydər Əliyevin bir millət, iki dövlət baxışı və Qafqazda yeni əməkdaşlığa doğru” adlı konfransda iştirak edib. 
Türkiyə və Azərbaycandan dövlət rəsmilərinin, tanınmış alimlərin və pedaqoji heyətin iştirak etdiyi konfransda Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına verdiyi töhfələrdən, ölkələrimiz arasında əlaqələrin hazırkı yüksək səviyyəsindən və yeni əməkdaşlıq imkanlarından bəhs edilib. .
Səfir “Bir millət, iki dövlət: Azərbaycan-Türkiyə münasibətləri və Heydər Əliyevin baxışı” adlı məruzə ilə çıxış edib.

Arxiv üzrə axtarış