2024-01-30

VƏTƏNDAŞLARIN DİQQƏTİNƏ!

7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq prosesi Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən fəal şəkildə davam etdirilir. Bu məqsədlə Ankara şəhərində yerləşən Səfirlikdə 46 və 47 saylı seçki məntəqələri yaradılmışdır.
Türkiyə Respublikasında daimi və ya müvəqqəti yaşayan, uzunmüddətli ezamiyyətdə, seçki günü Türkiyə Respublikasında olacaq olan 18 yaşı tamam olmuş, aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları Türkiyə vaxtı ilə saat 8:00- 19:00 aralığında Azərbaycan Respublikasının ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi ilə Səfirlikdə yerləşən seçki məntəqələrinə gələrək səsvermə hüququnu həyata keçirə bilər.
Seçki məntəqələrinin ünvanı:
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi - Diplomatik site, Bakü sokak No:1, Oran/Ankara.
Seçkidə iştirakla bağlı suallar üçün Türkiyədəki vətəndaşlarımız +90 535 577 61 68 nömrəli qaynar xətt vasitəsilə Səfirliyimizlə əlaqə saxlaya bilərlər.

Arxiv üzrə axtarış