Digər Konsulluq Xidmətləri

Sənədlərin Sorğusu

Xaricdə yaşayan Azərbaycan Respublikasının vətəndaşları və xarici vətəndaşlar Azərbaycan Respublikasının xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri (konsulluq şöbələri) vasitəsilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin baş arxiv idarəsinə müraciət etmək və müəyyən sənədləri sorğu etmək hüququna malikdirlər. Burada aşağıdakı qaydalarla müraciət olunur: 
Ərizəçi Azərbaycan Respublikasının konsuluna müraciət edir və hər bir tələb olunan sənəd üçün iki ərizə forması doldurur, və uyğun olaraq konsulluq rüsumunu ödəyir. 
Bu sorğu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin baş arxiv idarəyə göndərilir. Axtarış tamamlandıqdan sonra, baş arxiv idarəsi tələb olunan sənədi ərizəçinin təqdim etdiyi konsulluq şöbəsinə çatdırılması üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə göndərir. 

Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı
Xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı Azərbaycan Respublikasının həmin dövlətdə fəaliyyət göstərən konsulluq şöbələri tərəfindən həyata keçirilir. 
      Azərbaycan Respublikasının konsulluq şöbələri aşağıdakı aktları yerinə yetirir: 
      - doğum, 
      - nigah, 
      - boşanma, 
      - övladlığa qəbul, 
      - valideynlik, 
      - ad dəyişdirilməsi, 
      - ölüm haqqında dövlət qeydiyyatlarını aparır, 

      Bu xidmətlər qaydalara uyğun olaraq ödənişlidir.

 

Qeyd: Bütün növ konsulluq və viza əməliyyatları üçün tələb olunan dövlət rüsumu  Azərbaycan Respublikasının Ankaradakı Səfirliyinin rəsmi bank hesabına ödənildikdən sonra həyata keçirilir. Bank məlumatları aşağıdakı kimidir:

 

Ziraat Bankası                                                                        

Oran Şübesi                                                    

(Türk-Japon Vakfı`nın arkası)                                            

Hesab No: 59942565 5002                                 

USD hesabı 

 

Arxiv üzrə axtarış